Koronavirusun  “Omicron” ştammının ilk əlamətləri görünəndə qızdırmasalıcı və virus əleyhinə dərmanlar qəbul etmək, həmçinin bol maye içmək məsləhət görülür.  Xəstəliyin başlanğıcı adətən intoksikasiya və yüksək hərarət, baş və əzələ ağrıları ilə müşayiət olunur. Bu zaman gündə ən azı 2 litr maye içməli, gündə 3 dəfə bədən hərarətini ölçməli və qızdırma salan dərmanlardan (ibuprofen, parasetamol) qəbul etməlisiniz. Əgər 3 gündən çox hərarət 38 dərəcədən yüksək olursa və qızdırma salan dərmanlar kömək etmirsə, həkimə müraciət etmək lazımdır.

Boğaz ağrısı zamanı iltihab əleyhinə olan qarqara üçün məhlul istifadə etmək olar . Burun tutulması zamanı isə, dəniz duzu tərkibli spreylər istifadə etmək olar.

Simptomatik terapiya ilə yanaşı, antiviral müalicə də tətbiq oluna bilər. Bunlar damcılar və spreylər şəklində interferon-alfa aktiv maddəsi olan preparatlardır.

Digər qrup umifenovir kimi geniş fəaliyyət spektrinə malik antiviral dərmanlardır.

Sondada tibbinfo.com olaraq sizə sağlamlığınıza qarşı məsuliyyətli yanaşmağınızı və vaxtında həkimə müraciət etməyinizi məsləhət görürük.

Şərhlər