Həkimlər, bədən hərarətinin 38 dərəcəyə və ya daha çox yüksəldiyi zaman, qızdırmasalıcı dərman qəbul etməyə başlamağı tövsiyə edib. Onlardan ən təhlükəsizi parasetamol və ibuprofen əsasında hazırlanan dərmanlardır. Qızdırmasalıcı sayılan aspirin ilə diqqətli olmaq lazımdır. Uşaqlar üçün isə ümumiyyətlə qəti qadağandır.

Burun tutulması zamanı spreylərdən, damcılardan və yumaq üçün məhlullarından istifadə etmək olar. Tərkibində dəniz duzu olan damcılar daha effektivdir.

Boğaz ağrısını aradan qaldırmaq üçün furasilin ilə qarqara etmək məsləhətdir.

Bundan əlavə, mütəxəssislər qışda D vitamini qəbul etməyin vacibliyini qeyd edib. D vitamininin cəld təsir göstərmədiyini başa düşməlisiniz.  Əvvəlcədən, uzun müddətə istifadə etmək lazımdır. Demək olar ki, hər bir insan qışda D vitamini içməlidir.

Şərhlər