Tibbinfo.com  saytının verdiyi məlumata görə qan ən çox adsız barmaqdan alınır.

 

Səbəbi isə maraqlı və tibbi əsaslıdır. Adsız barmaqdakı dəri  digər barmaqlardakına nisbətən daha nazikdir və daha az sinir ucluqlarına, o cümlədən ağrı reseptorlarına  malikdir.

Məhz bu səbəbdən adsız barmaqdan qan almaq daha az ağrılı və təhlükəsizdir. Dəri daha incədir və daha az ağrılıdır.

Bundan başqa, barmaq ucları az miqdarda qan almaq üçün  bədənin ən ideal yeridir. Çünki  orada tük örtüyü yoxdur, çoxlu damarlar var və sıxmaq da asan olur

Çeçələ barmaq və baş barmaq biləklə sıx əlaqədədir, bu səbəbdən, həmin barmaqda yaraya infeksiya düşsə, iltihab bilək büküşünə kimi gedə bilər…

 

Aişa Nəbiyeva

Şərhlər