Nar şirəsinin tərkibi müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada С, В1, В2, А, Е, РР, orqanik turşular, aminturşuları və s. kimi xeyirli maddələr var. Nar şirəsi ürək-damar sistemi üçün çox faydalıdır. Qədim zamanlardan qanazlığı ilə mübarizədə çox geniş istifadə olunurdu.
Nar şirəsinin faydaları:
1. Bu şirənin müntəzəm qəbulu qanın tərkibinə müsbət təsir edir.
2. Pektinlərlə zəngindir. Bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələri xaricə çıxartmağa kömək edir.
3. Tərkibində olan tanin maddələr bağırsaqlara büzücü təsir edir və ishal zamanı yaxşı kömək edir.
4. Polifenol maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma proseslərlə mübarizə aparır, orqanizmi cavanlaşdırır.
5. Xərçəng xəstələri üçün çox faydalıdır. Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, prostat xəsrçəngindən əziyyət çəkən xəstələrin vəziyyətini yaxşılaşdırır. Həmçinin xərçəngin profilaktikası üçün istifadə oluna bilər.
6. Sidikqovucu təsirə malikdir – ödemləri azaldır, təzyiqi tənzimləyir, böyrəkləri təmizləyir.
7. İmmun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir.
Nar şirəsinin ziyanı:
1. Təmiz nar şirəsi bağırsaqları “yığır” ki, bu qəbizliyə səbəb ola bilər.
2 . Bəzi mədə və 12 barmaq bağırsağı xəstəlikləri, pankreatit zamanı əks-göstərişdir.
3. Diş emalına da mənfi təsir edə bilər.
Təbii nar şirəsini saxlamaq olmaz (hətta soyuducuda), şirəni hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır.
Həkimlər nar şirəsini yarıbayarı su və ya digər şirələrlə (xüsusilə kök şirəsi ilə) durulaşdırılmış şəkildə qəbul etməyi tövsiyə edirlər.