Koreyalılar nəinki dərilərinə, ümumiyyətlə immunitetlərinə və sağlamlıqlarına çox diqqətlə yanaşırlar. Bu onların yalnız dəriyə xüsusi qulluğu deyil, həm də yoga, idman, açıq havada fəaliyyətlər, balanslı qidalanma, immunitet sisteminin qorunması və gücləndirilməsi də daxil olmaqla, ən sağlam həyat tərzini yaşamağa çalışmalarıdır. Təbii ki, bütün bunlar dərinin vəziyyətinə də təsir edir.

TİBBİNFO Koreya Xüsusi Baxım Sisteminin əsas məhsullarını təqdim edir:

 

1. Hidrofilik (təmizləyici) yağ.
Çirkləri və makiyaj qalıqlarını ən təsirli şəkildə aradan qaldırmaq üçün ən çox hidrofilik yağ və ya təmizləyici krem istifadə olunur. Bu məhsullar dərini ən ağır və ən davamlı makiyajdan belə mümkün qədər təmizləmək üçün xüsusi olaraq hazırlanmışdır.Bu məhsullar orqanik yağ turşuları ilə doludur. Bunun sayəsində nəinki mükəmməl təmizləyir  və dərini qurutmurlar, həm də antibakterial və işıqlandırıcı təsir göstərirlər.
2.  Üz yumaq üçün  köpük.
Yuyunmaq üçün köpük hidrofilik yağdan sonra istifadə olunur. Dərini çirklərdən təmizləmək üçün hazırlanmışdır. Koreya üz təmizləyiciləri əlavə təsirlərə malikdir və müəyyən dəri tipləri üçün hazırlanmışdır. Məsələn, quru, problemli, yağlı, qarışıq dərilər üçün köpüklər  vardır.
3.  Tonik.
Tonik dərini sonrakı qulluq mərhələlərinə hazırlayır: yumşaldır, tarazlığını bərpa edir, kosmetika qavrayışını yaxşılaşdırır. Tərkibində alkoqol olmayan toniklər ən təhlükəsiz və təsirli toniklərdir. Bu məhsullar dərinin pH balansını tənzimləyir, məsamələri açmır və dərindən qidalandırır . Sızanaqlı dərilər üçün tonik ən vacib kosmetik məhsullardan biridir.
4. Salfet maskalar.
Dərinin tonunu bərabərləşdirmək, nəmləndirmək, hüceyrə səviyyəsində saxlamaq və qırışların qarşısını almaq üçün hazırlanmışdır, dərinin rəngini yaxşılaşdırır. Qırışlar, dərinin kifayət qədər kollagen istehsal etməməsi səbəbindən yaranır və bu da nəm çatışmazlığının nəticəsidir. Dərini kifayət qədər nəmləndirmək üçün həftədə bir və ya iki dəfə salfet maskalardan istifadə etmək olar.
5. Nəmləndiricilər.
İndi, dərini tamamilə nəmləndirdikdən sonra , əsas nəmləndiriciyə ,yəni, nəmləndirici kremə keçə bilərik . Bu, dərinin sağlamlığının və gözəlliyinin əsas açarıdır.
Sağlam bir pəhriz ilə birlikdə bütün bu gözəllik məhsullarının müntəzəm olaraq istifadə edilməsi dərinizi gözəlliklə parladacaq!
Aişa NƏBİYEVA

Şərhlər