Avtomat maşınlardakı kofe xərçəngə gətirə bilər

ABŞ-ın Kaliforniya ştatı avtomat maşınlardan satılan kofenin onkoloji xəstəliklərə səbəb olma iddiasını müzakirə edir. Əgər məhkəmə bu iddianı təsdiqləsə, o zaman iaşə obyektlərindəki kofe servisi avtomatlarına bununla bağlı xüsusi bildirişlər vurulacaq.

Problem kofenin hazırlandığı davamlı istilik şəraitində həll olan akrilamid birləşməsi ilə bağlıdır. 2002–ci ildə kəşf edilən bu birləşmə çox təhlükəli kanserogenlər qrupuna aid edilir, ürək-damar və digər ciddi xəstəliklərə gətirən səsəblərdən biri hesab edilir. Eyni zamanda siçovullar üzərində aparılan tədqiqat bu birləşmənin tədircən xərçəngin ağır növlərinə apardığını isbatlayıb.

Bu tədqiqat yeni olsa da, kofenin gündəlik 2-3 dəfə istifadəsi ənənəvi araşdırmalarda ürək sağlamlığı üçün müsbət təsirli sayılır.

Şərhlər