Qış aylarının gəlişi ilə ən çox yeyilən meyvələr arasında yer alan kivi sağlamlığa faydaları ilə diqqət çəkir.

Kivinin Faydaları Nələrdir?

Kivi vitaminlərlə zəngin meyvədir. Kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəymə zamanı çox faydalıdır. O, həm də uşaq inkişafına təkan verir. Gündə 2 kivi yeməklə, gündəlik C vitamini ehtiyacınızın böyük hissəsini qarşılaya bilərsiniz.

Kivi kaliumla zəngin meyvədir. Xüsusilə bədəninizdə qıcolmalar varsa və idmandan sonra narahatlıq yaşayırsınızsa, kivi yeməklə bu problemlərdən xilas ola bilərsiniz.

Kivi sümük inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyir. Maqnezium və kalsium baxımından da çox zəngindir. Qadınlar osteoporoz riskinə qarşı müntəzəm olaraq bol-bol kivi yeməlidirlər.

Kivi yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqların müntəzəm işləməsini təmin edir və həzm sistemini sürətləndirməyə kömək edir.

Qan təmizləyici xüsusiyyətlərə malikdir.

Tənəffüs yolu infeksiyalarına qarşı təsirlidir.

Dəridə qocalma əlamətlərini azaltmağa kömək edir.

Astma simptomlarını azaldır.

Qan təzyiqini tənzimləyir.

Kivinin zərərləri nələrdir?

Kivinin faydaları ilə yanaşı zərərləri də var. Qastrit, xora və reflüks kimi mədə xəstəlikləri olan insanlar bu meyvədən çox istifadə etməməli və yeyərkən həkimə müraciət etməlidirlər. Eyni zamanda kivi bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Böyrək xəstəliyi olanlar da tərkibindəki kalium dəyərinə görə bu meyvəni həkimlə məsləhətləşərək yeməlidirlər.

Şərhlər