Xərçəng xəstəliyi ilə bağlı əsaslı tibbi məlumatlarla yanaşı, insanlar arasında yayılmış yanlış şayiələr və ya tam doğru olmayan informasiyalar da var. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
- Xərçəng irsi xəstəlikdir – Bu informasiyanın qoyuluşu tam doğru sayıla bilməz. Belə ki, xərçəng xəstəliyi deyil, xərçəngə meyillilik irsi xarakter daşıyır. Əgər insan sağlam həyat tərzi keçirirsə, o zaman xərçəng ehtimalı da ortadan qalxır
- Xərçəng birmalı ölüm deməkdir – Bu fikir də kökündən yanlışdır. Dünyada xərçəng bəlasından daha yüksək öldürücü göstəricilərə malik xəstəliklər var.
- Qidalanma tərzinin xərçəng ehtimalına təsiri yoxdur – Bu da yanlış fikirdir. Məsələn, mütəmadi qaynar qidaların qəbulu qida borusu xərçənginə, güclü alkoqol qəbulu isə mədə xərçənginə səbəb ola bilər.
- Kişilərdə döş vəzi xərçəngi olmur – Yanlış bilgidir. Qadınlarda süd vəzi xərçəngi, kişilərdə isə döş vəzi xərçəngi olur. Sadəcə qadınlarda bunun baş verməsi ehtimalı kişilərdən 100 dəfə yüksəkdir.
- Xərçəng sürətlə yayılır – Natamam informasiyadır. Xərçəngli heceyrələrin yayılması prosesi olsa da, immun sistemi onunla müvəffəqiyyətlə döyüşərək yayılmanı məhv edir. Bunun üçünsə sadəcə immun sistemini güclü saxlamaq lazımdır
- Xərçəng soda və xalq təbabəti ilə sağalır – Sodanın mütəmadi qəbulu nəinki xərçəngi sağaltmayacaq, əksinə iltihabi prosesləri artıraraq mədə xərçənginə gətirəcək.