Pfizer, koronavirusu müalicə edən Pakslovid adlı dərmanın yaradıldığını elan edib. Amma bu, nə pandemiyanın sonu, nə də peyvəndin ləğvi deməkdir .

Virusun nüsxələrinin yaradılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş Pfizer dərmanının təsiri o qədər güclü olub ki, tədqiqatın ortasında sınaqlara nəzarət edən müstəqil komitə, onu mümkün qədər tez dayandırmağı tövsiyə edib. Mütəxəssislər sözlərinə görə, istehsalçı şirkət artıq FDA-ya, ABŞ-ın Qida və Dərman Administrasiyasına dərmanın ABŞ-da və digər beynəlxalq tənzimləyicilərdə rəsmi təsdiqi üçün müraciət edə bilər ki, dərman bütün dünyaya göndərilə bilsin.

Dərman, koronavirusun 750 mindən çox insanın ölümünə səbəb olduğu Amerikada, əsas xəbər olub. Pandemiyanın başlandığı andan dünya üzrə tədqiqatçılar COVID-19-un müalicəsi üçün simptomları aradan qaldırmaq, sağalmanı sürətləndirmək və insanları xəstəxanaya yerləşdirməmək üçün evdə qəbul edilə bilən həb tapmağa çalışıblar.

“Biz bu pandemiyadan çıxış yolumuzu sürətləndiririk” deyən Prezident Bayden, potensial müalicə xəbərlərinə cavab verərək jurnalistlərə açıqlama verib. “FDA-nın icazəsi olarsa, tezliklə virusa yoluxmuşları müalicə edə biləcək həblərimiz ola bilər “  o bu sözləri mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

Anonimlik şərti ilə Washington Post-a danışan yüksək səviyyəli administrasiya rəsmisinin sözlərinə görə, ABŞ hökuməti 1,7 milyon müalicə kursu üçün Pfizer-dən dərman almaq prosesindədir. Böyük Britaniya və Avstraliya Pfizer-dən yeni dərmanı alıb və onlarla başqa ölkə artıq  danışıqlar aparır. …

Yerli KİV-in məlumatına görə,  şirkət FDA-nın təsdiqini gözləmədən həb istehsalına 1 milyard dollar sərmayə qoyub. İlin sonuna qədər Pfizer 180.000-dən çox həb paketi istehsal etməyi planlaşdırır. Şirkət 2022-ci ildə ümumi istehsal 50 milyon qutu olmaqla, gələn ilin birinci yarısında istehsalı sürətlə ən azı 21 milyon paketə çatdırmaq üçün çalışır.

Şərhlər