İnsult – beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur.

Tibbinfo.com sizin üçün insultun ilkin əlamətlərini araşdıraraq təqdim edir.

Ani zəiflik və uyuşma

Bədəninizin bir tərəfində – bir qolunuzda, ayağınızda və ya üzünüzdə uyuşma və ya zəifliyə qarşı diqqətli olmalısınız. Beyində qan axınına maneə törədildikdə insult meydana gəlir. Hüceyrələr oksigenlə zəngin qan almır və ölməyə başlayır. Ölü hüceyrələrin yerinə yetirdiyi funksiyalar da yox olur.

Görmə zəifliyi

1 və ya hər 2 gözdə görmə qabiliyyətinin azalması. İnsultun tipik simptomlarından biri, obyektləri kənardan görməkdə çətinlik çəkməkdir, yalnız gözlərinizin önündə olanı görürsünüz. Həkimlər, çətinliyin görmə ilə deyil, məlumatın vizual işlənməsi ilə ortaya çıxdığına inanırlar, bir adam tam olaraq gördüklərini anlaya bilmir.

Yaddaş itkisi

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə başqa bir simptom danışma və yaddaş problemidir. Qısa müddətli yaddaş itkisi, insult hücumunun başlamasının xəbərçisi ola bilər. Bu gün baş verənləri unuda bilərsiniz, ancaq bir neçə il əvvəl baş verən hadisələri canlı xatırlayırsınız.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

Səbəbsiz şiddətli baş ağrısı

Qan damarı qan pıhtısı ilə tıxandığında, partlayaraq beynin müəyyən bir bölgəsində qanaxmaya səbəb ola bilər. Bu proses kəskin şiddətli baş ağrısı ilə müşayiət olunur.

Başgicəllənmə

Yerin ayaqlarınızın altından sürüşdüyünü hiss edə bilərsiniz. Ya da dünya sizin ətrafınızda fırlanmağa başladığını hiss edə bilərsiniz.

Son olaraq, tibbinfo.comun sizdən xahişi,  sadalanan simptomlardan bir neçəsi sizdə varsa, ciddi nəticələrin qarşısını almaq üçün dərhal həkimə müraciət edin.

Şərhlər