Artıq uzun müddətdir ki, bel ağrıları yalnız yaşlılar üçün xarakterik deyil. Kifayət qədər gənc olan şəxslər də bu tipli narahatlıqlardan şikayətlənirlər.

Əgər yaşlılarda bu ağrılar məlum səbəblərdən – orqanizmin qocalması nəticəsində yaranan mineral çatışmazlıqlarına bağlıdırsa, gənclərdə törədici faktorlar tamamilə başqadır.

Tibb alimləri bildirir ki, cavanlarda bel ağrıları həddən artıq fiziki, əqli yüklənmə və güclü emosional stresslə bağlıdır. Lakin bel nahiyəsi bir çox xəstəliklər zamanı da ağrılar verdiyi üçün çox mürəkkəb bir sahə hesab edilir.

Buraya böyrək və digər orqanlarda iltihab prosesi və sinir sisteminin zədələnmələri də daxildir. Bu cür ağrılar həmçinin oturaq həyat tərzi, idmanla məşğul olmamaq zamanı da özünü büruzə verir. Hamiləlik zamanı da bel ağırları əsas əlamətlərdən sayılır. Bu zaman ağrılar xroniki hal alarsa dərhal ginekoloqa müraciət edilməlidir.

Ekspertlər bütün hallarda həkim müayinəsindən keçməyi və bel ağrılarının səbəbini müəyyənləşdirməyi vacib hesab edir.

Şərhlər