İrlandiyada aparılan araşdırmanın nəticələrinə görə mütəmadi yoqurt qəbulu yaşlı insanlarda sümük strukturunu daha yaxşı saxlayır və gücləndirir.
Tibbinfo-nun məlumatına görə mütəmadi yoqurtdan istifadə edən yaşlı qadınlarda sümüklərin mineral tərkibinin 4% daha zəngin olduğu üzə çıxıb. Bundan başqa yoqurtun sümüklərinin möhkəmliyinə də müsbət təsiri aşkarlanıb. Araşdırma göstərir ki, yoqurt qəbulundan sonra yaşlı kişilərdə sümüklərin sınmaya qarşı müqaviməti 10%-dək yüksəlir.
Tədqiqat müəllifləri hesab edir ki, elmi nəticələr təəccüblü deyil. Belə ki, yoqurtun tərkibi sümük formalaşdırıcı qida elementləri ilə zəngindir.
Qeyd edək ki, yoqurtun bu faydalı xüsusiyyəti barədə elmi araşdırma hələ tam yekunlaşmayıb və gələcəkdə daha təfsilatlı məlumatların ortaya çıxarılacağı istinsa edilmir.