Çoxumuz yaşamaq üçün 80 ilin yetərli olduğunu düşünsək də, bəziləri bunun 100 və daha çox olmağını arzulayırlar.

 

Tibbinfo bildirir ki, Okinava , Sardinya, Yaponiya, İtaliya uzunömürlü insanların məskəni sayılır. Tarixə düşən ən uzunömürlü insan – fransız qadın Janna Kalment 122 il ömür sürüb.

Araşdırmalar onu göstərib ki, maksimum yaşamaq həddi 150 ildir. Alimlər 85 yaşa kimi 70000 insanın qan nümunələrini götürüblər və onların qısa müddətdə qan hüceyrələrinin sayındakı dəyişiklikliyi müşahidə ediblər. Ağ qan hüceyrələrinin sayı bədəndəki xəstəliklərin səviyyəsini müəyyən edir.

Belə ki, eritrositlərin həcmi ürək xəstəlikləri riskini , infarkt, yaddaş pozğunluğunu göstərə bilər. Bunlar elmin necə inkişaf etdiyinin sadəcə bir nümunəsidir.

 

Belə ki, indi doğulmuş körpə 85 illik tibbi inkişafdan yararlana biləcəyi halda indi 85 yaşında olan biri bu yeniliklərdən məhrumdur. Sonda, tibbinfo.com olaraq ,onu vurğulamaq istəyirik ki, ‘asta yerimək’ ölümü yaxınlaşdırır. Araşdırmalara görə insanın asta yeriməyi, nəinki onun ömrünü qısalmasıyla , hətta beynin sağlamlığı ilə əlaqəlidir.

Şərhlər