Gözlənilmədən ulduz qidalanma mütəxəssisləri müştərilərinə ən populyar qidaları – pomidor və qarğıdalını qadağa qoyublar.

Hollivud həkimləri, sözün həqiqi mənasında, pomidorla döyüş yolundadırlar və onları menyudan tamamilə çıxarmalı olmasını məsləhət görüblər. Tanınmış Hollivud kardioloqu Stephen Gundry pomidorların həkimlərin gözündən düşməsinin səbəbini izah edib. Tərkibində cox miqdarda zülal olduğu ortaya çıxıb. Kilo və allergiyaya səbəb olur və iltihabı artırır. “Bu protein ilə mübarizə aparmağın yeganə yolu ondan imtina etməkdir” deyib Gundry.

Ulduzların qidalanma mütəxəssisləri badımcan, bibər və kartofu “qadağan edilmiş siyahıya” əlavə ediblər. Onların fikrincə, bütün bu tərəvəzlər bədəni yağ yığmağa təhrik edir. Bundan əlavə, həkimlər deyirlər ki, tərkibində olan lektin keçəlliyi, sızanağı daha da ağırlaşdırır. Yeri gəlmişkən, lektin əsasən pomidor qabıqlarında olur. Buna görə də, pomidorların qabıqlarını soyub, bişmiş halda yesəniz, lektin hücumunun qarşısını ala bilərsiniz.

Şərhlər