Yaşıl alma sağlam pəhriz üçün idealdır. Orqanizm üçün lazım olan vitaminlər, minerallar və liflər ilə zəngindir.

Hər gün bir yaşıl alma yemənin 10 faydasını tibbinfo.com sizə təqdim edir.

1. Yaşlanma əleyhinə faydalıdır . Yaşıl alma hüceyrələrin cavanlaşması və bərpasında təsirli olan, dərinin elastikliyini artıran və təbii olaraq cavan görünən antioksidantlarla zəngindir.

2. Qırışlarla mübarizə aparır. Gündəlik yaşıl alma yemək dərinizin görünüşünü və quruluşunu yaxşılaşdıra bilər. Yaşıl alma üz maskasından da istifadə edə bilərsiniz.

3. Göz altındakı qara dairələri azaldır. Yaşıl almada olan antioksidantlar tünd dairələrdən qurtulmağa və gözlərinizin görünüşünü təzələməyə kömək edir.

4. Saçların uzanmasına yardımçı olur. Yaşıl alma, saçların inkişafı və formalaşmasında mühüm rol oynayan sink, dəmir, mis, kalium və manqan kimi minerallarla zəngindir.

5. Kəpəyi müalicə edir. Yaşıl alma kəpəyin qarşısını alan qida maddələri ilə baş dərisini nəmləndirməyə kömək edir. Alma suyunu baş dərisinə yumşaq bir şəkildə masaj edib 20 dəqiqə gözlədikdən sonra yaxalaya bilərsiniz.

6. Sümük sağlamlığını yaxşılaşdırır. Yaşıl almanın tərkibində sümük inkişafı üçün əsas maddələr olan sink, dəmir, manqan, mis və kalium kimi minerallar var. Onlar həmçinin revmatizmin qarşısını alır.

7. Maddələr mübadiləsini yaxşılaşdırır. Yaşıl alma maddələr mübadiləsini yaxşılaşdırmaqla yanaşı, həzmi və bağırsaq hərəkətlərini yaxşılaşdırmağa kömək edən liflə zəngindir. Yaşıl almada həmçinin qanda oksigen səviyyəsini artıran və maddələr mübadiləsini sürətləndirən dəmir var.

8. Alzheimer xəstəliyindən qoruyur. Yaşıl alma fiziki və zehni sağlamlığınızı yaxşılaşdırmağa kömək edir və Alzheimer kimi yaşa bağlı xəstəliklərlə mübarizə aparmağa kömək edir.

9. Astma xəstəliyinin qarşısını alır. Astma xəstələri immun sistemini gücləndirmək və bu vəziyyətin öhdəsindən gəlmək üçün hər gün ən azı bir yaşıl alma yeməlidirlər.

10. Arıqlamağa kömək edir. Liflə zənginləşdirilmiş, şəkər, yağ və natrium az olan yaşıl alma suyu, arıqlamağınıza kömək edir və  kalori yandırma sürətini artırır.

Şərhlər