Ucuz və faydalı meyvələr digərlərindən daha çox süfrəmizdə görünür,  xüsusilə, payızda. Ancaq bunları hər gün yeməyə dəyərmi?

Gündə 1 alma yeməyin faydalarını sizə təqdim edirik:

• Bol vitaminli olan alma, nəinki arıqlamağa kömək edir hətta xolesterolu aşağı salır;

• Sümükləri gücləndirir;

• Beyin hüceyrələrini qoruyur. Yaddaşı yaxşılaşdırmağa kömək edir.

Almanın tərkibində çoxlu miqdarda dəmir və başqa vitaminlər var . Ancaq hər şey qədərində istifadə edilməlidir.

Niyə çox alma yemək zərərlidir?

• Aclıq səbəbiylə yeyilməyən hər hansı bir qida orqanizm tərəfindən mənimsənilmir. – Bütün kalori ehtiyatlara daxil olur və arıqlama baş vermir.

• Alma mədəni qıcıqlandıra bilər. Yüksək miqdarda tartarik turşusu və lifi səbəbiylə alma məhdudiyyətsiz istifadəsi ürək bulanması və qastritə səbəb ola bilər. Dietoloqlar gündə 2-3 almadan çox yeməməyi məsləhət görürlər.

Arıqlamaq üçün almanın faydaları və zərərləri

Qidalanma mütəxəssisi Elena Kalenin sözlərinə görə, “alma həqiqətən arıqlamağa kömək edir” Pensilvaniya alimləri bunu sübut ediblər. 2009 -cu ildə iki qrup iştirakçı üzərində araşdırma aparılıb. Bəzilərinə nahardan əvvəl alma yemək təklif edilib, digərlərində isə yox. Nəticədə, birinci qrup ikincisindən daha tez doyduğu ortaya çıxıb. Bunun elmi izahı var. Bir alma, həzm prosesini yaxşılaşdıran və yeməyin daha yaxşı “mənimsənməsinə” kömək edən 4 qram lifdən ibarətdir.

Almanın tərkibi 86% sudan ibarətdir. Bundan əlavə, qlükoza və fruktoza ilə zəngindir.

Ancaq çox miqdarda yeyirsinizsə, sağlam qidalar belə zərərli ola bilər. Yadda saxlamaq lazımdır ki, almadan həqiqətən faydalanmaq üçün onu yalnız ac olanda və yeməkdən əvvəl yemək vacibdir.

Şərhlər