Həkimsiz və dərman qəbul etmədən təzyiqi necə aşağı salmalı?
Bu xəstəliyin təhlükəli tərəfi odur ki, qan təzyiqinin artması aterosklerozun inkişafını sürətləndirir, miokard infarktı riskini artırır. Qan təzyiqi səviyyəsi isə yaşa bağlıdır. Bəs artan təzyiq necə özünü göstərir?
Depressiya, əsəbilik
Qulaqlarda səs-küy
Başın arxasındakı ağrı
Başgicəllənmə
Gözlərdə qaralma
Nəfəs darlığı
Ürək döyüntülərinin artması
Ev şəraitində qan təzyiqini necə aşağı salmaq olar? Tibbinfo.com mövzunu sizin üçün araşdırıb:
Nəfəs məşqləri
Rahat bir mövqe tutun, gözlərinizi yumun və əzələlərinizi rahatladın. Dərin nəfəs alın və verin. 5 dəfə bunu təkrarlayın (orta hesabla dəqiqədə 10 nəfəsdən çox olmamalıdır). Burnunuzdan nəfəs alıb, ağzınızdan nəfəsinizi verin. Gündə 5-10 dəqiqə məşq edin
İsti vanna
Bir qaba təxminən 45 dərəcəli isti su doldurun. Ayaqlarınızı və ya əllərinizi 10 dəqiqə suya qoyun.
Alma sirkəsi
Bezi 9%-lik alma sirkəsi ilə isladın. Kompresi çılpaq ayaqlara 10-15 dəqiqə sərin. Təsiri artırmaq üçün üzərinə yun corab geyinə bilərsiniz.
Sərin su qəbulu
Su soyuq olmamalıdır, çünki 14 dərəcədən aşağı temperaturda yalnız təzyiqinizi artıracaq.
Masaj
Boyuna, başın arxasına, qarın və sinəyə yumşaq bir şəkildə masaj edin. Kürəyinizi, çiyinlərinizi masaj etmək üçün kimdənsə kömək istəyin. Bunu etmək üçün üfüqi bir mövqe tutmalı və tamamilə rahatlamalısınız.
Valerian
1-2 tablet olmaqla yeməkdən sonra qəbul edilir.
İsti nanə çayı
Bir çimdik nanə yarpağının üzərinə qaynar su tökün. 10 dəqiqə dəmləyin. Yavaş -yavaş çayınızı udumlayın.
Qida
Sitrus meyvələrindən və tərəvəzlərdən çox istifadə edin. Zəncəfil, kakao , sarıkök, qırmızı Çili istiotu qida rasionuzun əvəzolunmaz hissəsi olmalıdır.
Aişə Nəbiyeva