Amerikalı həkimlər orqanizmdə B12 vitamininin çatışmazlığının bir sıra xəstəliklərə, o cümlədən depressiyaya, anemiyaya və qismən yaddaş itkisinə səbəb olduğunu təsdiqləyiblər.
Alimlərin fikrincə, insanda demensiyanın inkişafı ilə vitamin çatışmazlığı arasında birbaşa əlaqə yoxdur, lakin bu elementin çatışmazlığı olan bir çox xəstələr beyin funksiyasının pisləşməsindən şikayətlənirlər. Risk qrupuna yaşlılar və vegetarianlar daxildir.
B12 vitamini çatışmazlığı müalicə olunmazsa, xüsusilə beyin və sinir sisteminə ciddi və qalıcı ziyan vura bilər. Bu, həm də ürək-damar xəstəlikləri ilə təhlükə yaradır.
B12 vitamini pendir, yumurta, balıq, süd və ətdə olur. Xəstələr üçün vitamin tablet şəklində və ya inyeksiya şəklində təyin edilir. Alimlər vegeterianlara bitki mənşəli süd və vitaminlə zənginləşdirilmiş taxılların bəzi növlərinə diqqət yetirməyi tövsiyə ediblər