Jadkeviç xəstəxanasının baş həkimi və teleaparıcı Aleksandr Myasnikov ciddi xəstəliyə səbəb ola biləcək dərmanlardan danışıb. Bu məşhur dərmanlar dünyanın çox ölkəsində artıq qadağan edilib. Myasnikovun sözlərinə görə, bir çox ölkələrdə Zantak və ya Ranitidin kimi dərmanlar xərçəng riski səbəbindən qadağan edilib, lakin yenə də Rusiya və başqa ölkələrdə satılır.

Ranitidin dərmanı  qastritin müalicəsi üçün istifadə olunur.  ABŞ və Avropada resept olmadan kiçik dozalarda satılırdı“  – Myasnikov deyir.

“Reduxin” dərmanı eyni dərəcədə qorxunc “yan təsir” səbəbiylə bütün dünyada geri çağırılıb: infarkt və insult riskini artırır.

Həkim izah edib ki, dərmanlar çox tez istifadəyə verilir. İlk klinik sınaqları keçdikdən sonra apteklərin rəflərində yeni bir dərman peyda olur. Ancaq erkən klinik sınaqların problemi onların məhdudiyyətləridir. Nəticədə, dərman milyonlarla insan tərəfindən qəbul edildikdə yan təsirlər görünə bilir.

Şərhlər