Amerikalı elm adamları təbii portağal suyunun tərkibindəki maddələrin orqanizmə faydalı təsir göstərdiyini, oksidləşdirici stres və iltihabı azaltdığını müəyyən ediblər.  Tədqiqat işi Advances in Nutrition elmi jurnalında dərc edilib.

Tufts Universiteti və George Mason Universitetindən olan elm adamları, ürək xəstəlikləri və diabet kimi xroniki iltihabla əlaqəli xəstəliklər üçün risk altında olan 307  və 327 sağlam iştirakçıların 21 işini təhlil ediblər.

Nəticədə mütəxəssislər, heç bir qatqı  olmayan  portağal suyunun iltihabı  azaltdığını  təsbit ediblər. Bu həm sağlam insanlarda, həm də risk altında olanlarda olub.

Bu təsir, portağal şirəsinin tərkibində olan askorbin turşusu ilə əlaqədardır.

Şərhlər