Hamiləliyin ilk trimestrində müntəzəm məşqlər diabet riskini azaldır, lakin gələcək ana üçün fiziki cəhətdən aktiv olmağın digər əhəmiyyətli faydalarıda vardır.

Həkimlərin dediyinə görə, bir qadın çox hərəkət edərsə, uşağının nəfəs almasına kömək edər. Medscape xəbər verir ki, Avropa Tənəffüs Cəmiyyəti (ERS) konqresində Cəmiyyət Universitetinin alimləri tərəfindən yeni bir araşdırma təqdim edilib.

Hamiləlik dövründə fiziki aktivlik və körpələrdə ağciyər funksiyası arasındakı əlaqəni qiymətləndirmək üçün komanda Norveç və İsveçdəki uşaqlar arasında araşdırma aparıb. Yeni araşdırmaya üç aylıq 814 körpənin spirometriya məlumatları ( tənəffüs alınıb – verilən zaman havanın həcminin ölçülməsi) daxil edilmişdir. Körpələrin 8,6% -i hamiləlik dövründə aşağı fiziki aktivliyi olan analardan dünyaya gəlib. Bu uşaqlarda ağ ciyər problemi olduğu ortaya çıxıb.

Tədqiqatlar, körpəlikdə ağciyər funksiyası aşağı olan insanların astma və digər obstruktiv tənəffüs xəstəlikləri riskinin artdığını göstərib. Körpəlikdə anaların hərəkətsizliyi ilə ağciyər funksiyası arasındakı potensial əlaqə təstiq olunub.

Hamilə qadınlara fiziki fəaliyyət və aktiv həyat tərzi çox önəmlidir.

 

Şərhlər