British Medical Journalına verdiyi müsahibədə, psixiatr İkeçukvu Obialo Azuonye 1984-cü ildə bənzəri olmayan bir hadisəni təsvir edib.

Qadın, onu xəstəxanaya getməyə və beynində şiş olub-olmadığını yoxlatmağa sövq edən halüsinasiyalı səslər eşitməyə başlayıb. Onu müayinə edən Azuonye, beyin zədələnməsi ilə bağlı heç bir əlamət tapmayıb, lakin buna baxmayaraq, tomoqrafiya etdirməyi məsləhət görüb . Bu zaman həqiqətən beyində meningioma olduğu sübut edilib. Neyrocərrah qadını mümkün qədər tez əməliyyat etməyi və meningiomanı çıxartmağı məsləhət görüb. Xəstənin qulağında eşidilən səslər əməliyyata razılıq verib və uğurlu əməliyyatdan sonra qadını bir daha narahat etməyiblər.

Bu hekayənin izahı budur: qadın ağrı hiss edib və çox qorxub, bu da onun şüurunda xəstəxanalar və şişlərin aşkarlanması üsulları haqqında həyatı boyu topladığı  biliklərin çoxaldığı hallüsinasiyalara səbəb olub

 

Şərhlər