ABŞ Milli Tibb Kitabxanasının saytında nəşr olunan bir araşdırmada D vitamini çatışmazlığı ilə yuxululuq arasında bir əlaqə olduğu qeyd olunub. İki illik araşdırmada yuxu pozğunluğu əlamətləri olan, həmçinin nevroloji xəstəlikləri olan 1,5 min insan iştirak etmişdir. Xəstələrin qanında olan D vitamini artırılıb , bir müddət sonra onların nevroloji simptomlarının yaxşılaşdığını və yuxunun düzəldiyini müşahidə ediblər.
“Yuxu pozğunluğu” geniş yayılmış bir epidemiyadır və bu epidemiyanın qurbanı olmamaq üçün yalnız yaxşı bir yuxu almaq deyil, günə düzgün başlamaq da vacibdir. Əks təqdirdə, uzun müddət yuxululuqla mübarizə aparmaq məcburiyyətində qalacaqsınız. Tibbinfo.com sizə gün ərzində yuxulu gəzməmək üçün sadə 3 üsulu təqdim edir.
1. Çalışın hər səhər eyni vaxtda oyanın. Bu sizin yuxu rejiminizi düzəldəcək və günə daha həvəslə baslamağınıza kömək edəcək;
2. Səsli saatı söndürüb təzədən yuxuya getməyin. Siqnal yuxu dövrünün ortasında səslənə bilər. Bu zaman sanki heç yuxu yatmamisız kimi hiss yarana bilər. Beləliklə, bütün günü yatmaq ehtiyac olduğunu düşünəcəksiniz;
3. Pərdələri açın . Daha parlaq təbii günəş işığına sahib olun. Cənubi Avstraliya Universitetinin Yuxu Araşdırma Mərkəzinin tədqiqatları göstərir ki, parlaq işığa məruz qalma , gün ərzində diqqəti və idrak fəaliyyətini yaxşılaşdırır.