Mütəxəssislər , xəstələrin şikayət etdikləri gözlərdə quruluq və ya ikiqat görmə kimi simptomların bir çoxunun birbaşa göz xəstəliyi ilə əlaqəli olmadığını söyləyirlər . Həkimlər qeyd edir ki, bu qəbul etdiyiniz dərmanla əlaqəli ola bilər. Bir dərmanı qəbul etməmişdən öncə mütləq içlik vərəqəsini diqqətlə oxuyun.
Oftalmoloqun sözlərinə görə, quru gözlər yalnız mənzildə və ya evdə quru hava səbəbiylə görünə bilməz. Quruluğun səbəbi xolesterolu aşağı salan dərmanlar, antidepresanlar, qan təzyiqini aşağı salan dərmanlar, allergiya üçün istifadə edilən antihistaminiklər ola bilər.
Artan fotosensitivlik , xüsusən mədə-bağırsaq traktının işini normallaşdırmaq üçün dərmanların, bəzi antibiotiklərin, bel və ya boyun ağrısı üçün təyin olunan steroid olmayan iltihab əleyhinə dərmanların əks təsiri olar bilər.
Ktab oxuyan, və ya maşını idarə edən zaman gözlərin bulanması ürək və qan damarları üçün dərman qəbul edərkən və ağrı kəsicilərdən istifadə zamanı meydana gələ bilər.
Bronxial astması olan insanlarda kortikosteroidlərin istifadəsi ən ciddi göz xəstəliklərindən biri olan qlaukomaya səbəb ola bilər. Kortikosteroidlərin uzun müddətli istifadəsi zamanı, endokrinoloq yan təsirləri vaxtında hiss etmək üçün oftalmoloqla birgə işləməlidirlər.