Yanlış : Bütöv saçı şampunla yumaq lazımdır.
Doğru: Yalnız saç köklərini şampunla yumaq lazımdır. Yuyulduqda axan köpük uclar üçün yetərlidi.
Yanlış: İsti su ilə üzünüzü yuyun.
Doğru: Üzü ilıq su ilə yumaq lazımdır
Yanlış: İstifadə müddəti bitmiş kosmetikadan istifadə normaldır
Doğru: Ən azı ildə 2 dəfə kosmetikanızı yeniləyin
Yanlış: Makiyajla yatmaq olar.
Doğru: Yatmamışdan qabaq mütləq üz dərinizi makiyajdan təmizləyin, hətta bunu istəməsəniz belə.
Yanlış: Yalnız üzə qulluq yetərlidir.
Doğru: Boyun və dekolte zonasına qulluqda vacibdir.
Yanlış: Sərt skrablar dərini yaxşı təmizləyir.
Doğru: Yumşaq pillingdən istifadə etmək daha faydalıdır.
Yanlış: Üzə toxunmaq olar.
Doğru: Qətiyyən üz dərisinə toxunmaq olmaz, yersiz sızanaqlar heç kimə lazım deyil.
Yanlış: Sızanaqları sıxmaq lazımdır
Doğru: Sızanaqları üstünə sızanaqlar əleyhinə vasitə istifadə edib, keçmiş sevgilinizi unutduğunuz kimi onları unutmaq lazımdır.