Yediyiniz qidaların sağlamlığınıza böyük təsir göstərdiyini söyləməyə ehtiyac yoxdur. Görmə qabiliyyətinə böyük ziyan vuran 2 gündəlik məhsulu sizə təqdim edirik.
Göz sağlamlığı üçün ən pis qidalar çörək və makarondur. Bu qidalardakı karbohidratlar qan şəkərinin səviyyəsini artırır və bu da yaşla bağlı makula degenerasiya riskinə səbəb olur.
Yaşla bağlı makula degenerasiyası adətən 50-60 yaşlarında olan insanlarda baş verir. Əlamətləri nələrdir?
Əşya və ya təsvirlərin ikiləşməsi;
Düz xətlərin əyilmiş görünməsi;
Təsvirlərin dəqiq forma və cizgilərinin müəyyən edilməməsi;
İşığa qarşı həssaslığın inkişaf etməsi.
Bir çox insanlar ağrı hissi olmadığından görmənin zəifləməsini gözlərin yorulması və ya yorğunluğu ilə əlaqələndirib, həkimə müraciət etmirlər. Onlar tədricən daha bir əlamətlə – görmə mərkəzində qara ləkənin yaranması ilə üzləşirlər. Bu əlamət oxumaq, yazmaq, avtomobil sürməkdə çətinliklər yaradır.
Qan şəkərinin artmasının qarşısını almaq üçün ağ çörəyi və makaronları tam taxıllı növləri ilə əvəz etməyi məsləhət görürük

Şərhlər