Alimlər gənc görünmək üçün hansı qidalardan istifadə etməyi müəyyənləşdirib.

Məlum olub ki, amin turşusu çox olan qidalar dərini gənc və təravətli saxlayır, insanın yaşlanmasını gecikdirir.

Bu, əsasən yaranan B12 vitamin çatışmazlığı ilə bağlıdır. Bu vitamin çatışmazdıqda həmçinin beyinin fəaliyyəti pisləşir, yaddaş zəifləyir.

Bundan əlavə tibb alimləri hesab edir ki, orqanizmdə nə qədər qəribə də olsa, yağ çatışmazlığı da qocalmanı sürətləndirir. Söhbət faydalı yağlardan gedir. Məsələn, “Omeqa 3” yağının çatımazlığı beyinin iş qabiliyyətini aşağı salır, həmçinin hüceyrələrin daha sürətlə yaşlanmasına gətirir. Eləcə də bədəndə mineralların aşağı düşməsi də hüceyrələrin ömrünü tez başa vurmasına səbəb olur.

Yuxarıda sadlananlara əsasən qoz və fındıq, dəniz məhsulları, göyərtilər, malın qaraciyəri orqanizimi gənc saxlamaq üçün ən zəngin qidalandırıcılar qrupuna başçılıq edir.

Şərhlər