Bir çoxumuz vitamin əlavələrinin qəbulunun, bədəni gücləndirməyə kömək etdiyinə və ümumiyyətlə sağlamlığı yaxşılaşdırdığına inanırıq.

Lakin Britaniya alimləri əks nəticəyə gəliblər. Adam Çapmanın Expressə verdiyi müsahibədə bildirib ki, qida əlavəsinin qəbulu, bədənə fayda verməməkdən yanaşı, xərçəngin inkişafınıda  sürətləndirə bilər.

Alabama Universitetinin mütəxəssislərinin fikrincə, vitamin əlavəsinin həddindən artıq qəbulu xərçəng hüceyrələrini təhrik edə bilər – onlar “daha asan” böyüməyə başlayırlar.

Söhbət fol turşusundan gedir. Bu, B9 vitamini kimi tanınan folatın süni versiyasıdır. Folat bədənimizə sağlam qan hüceyrələri istehsal etməyə kömək edir. Onları gündəlik olaraq müxtəlif qidalardan istifadə etməklə əldə etmək olar.

Elm adamlarının fol turşusu ilə bağlı tapıntıları xüsusilə təəccüblü görünür, çünki “folatın əlavə edilməsinin müəyyən xərçəng riskini azaltmağa kömək edə biləcəyinə dair sübutlar var”.

Fol turşusu hüceyrə təmirində çox mühüm rol oynayır, – Birmingemdəki Alabama Universitetinin Qidalanma Fakültəsinin əməkdaşları bildiriblər.

Bir neçə araşdırma fol turşusunun erkən xərçəngin qarşısını almağa kömək etdiyini göstərib.

Lakin universitet mütəxəssisləri xəbərdarlıq ediblər ki, fol turşusu qəbulunun artması əks təsir göstərərək xərçəng hüceyrələrinin daha asan böyüməsinə səbəb ola bilər.

Universitet 3 tədqiqatın nəticələrini təqdim edib – araşdırmalar xərçəng riskində bir qədər artım göstəriblər.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti belə qənaətə gəlib ki, əksər böyüklər, eləcə də uşaqlar fol turşusu qəbul edə bilər. Ancaq bu hər kəsə aid deyil.

Fol turşusu qəbul etməzdən əvvəl həkiminizə məlumat verməlisiniz.

Risk qrupuna əlavəyə qarşı hər hansı allergik reaksiyası olanlar, vitamin B12 səviyyəsi aşağı olanlar, xərçəngdən əziyyət çəkənlər, hemodializ təyin olunanlar və ürəyində stent olan xəstələr var.

Həmçinin, mütəxəssislər hər gün ən azı 5 porsiya tərəvəz və meyvə, tam taxıl unundan hazırlanmış bəzi məhsullar, həmçinin süd məhsulları, ət, balıq və ya tərkibində çoxlu bitki zülalı olan qidalar yeməyi məsləhət görürlər.

Şərhlər