Çoxları üçün ət pəhrizin ayrılmaz hissəsidir. Ancaq bilirdinizmi ki, bu məhsulu qida rasionunuzdan çıxararaq, bədəndə nəzərə çarpan dəyişikliklərə həm yaxşı, həm də pis təsir edə bilərsiniz? Tibbinfo.com sizin üçün bu mövzunu araşdırdı.
Ət sağlamlıq üçün nə qədər faydalıdır?
Ümumiyyətlə, vegetarianizm ideyası indi daha da güclənir. Bir çox insanlar belə bir pəhriz saxlayır və bunu həyat tərzinə çevirir. Bəziləri üçün ətdən imtina sağlamlığı yaxşılaşdırmaq üçün məcburi bir tədbirdir. Digərləri üçün bu, sadəcə bir dəbdir.
Bu və ya digər şəkildə, ət məhsullarının tamamilə rasiondan qaldırılması bir sıra nəticələrə səbəb ola bilər. Alimlər ətdən tamamilə imtina etməyin faydalı olub-olmadığını hələ dəqiqləşdirə bilməyiblər.
Mədədə ağırlıq
Heç kimə sirr deyil ki, ət məhsulları, məsələn, bitki qidaları ilə müqayisədə daha çətin həzm olunur. Buna görə də, ətdən imtina etsəniz, axşam yeməyindən sonra yaranan mədədəki ağırlığın tamamilə yox olduğunu və artıq sizi narahat etmədiyini görəcəksiniz.
Daha az xəstəlik
Pəhrizlərinə sadiq qalan bir çox vegetarianlar ürək-damar sistemi ilə bağlı problemlərin azalmağa başladığını söyləyirlər. Bundan əlavə, şəkərli diabet və hipertoniya çoxları üçün daha az narahatlıq doğurur. Şəkərdən qaçınmağın faydaları arasında piylənmə və koroner ürək xəstəliyi risklərinin azaldılması daxildir. Yeri gəlmişkən, unutmayın ki, heyvan mənşəli qidaları bitki mənşəli qidalar ilə əvəz etsəniz, aterosklerozun inkişafını azalda bilərsiniz.
Dəmir çatışmazlığı
Vegetarian pəhrizinə keçidin üstünlüklərinə baxmayaraq, mənfi cəhətlərinidə nəzərə almağa dəyər. Məsələn, anemiyadan əziyyət çəkən insanların menyuya dəyişiklik etməzdən əvvəl həkimə müraciət etmələri daha doğrudur. Və hamısı ona görə ki, ətin pəhrizdən tamamilə çıxarılması ilə, hemoglobinin azalmasına səbəb olacaq və bu da dəmir çatışmazlığı riskini artiracaq.
Omeqa-3 çatışmazlığı
Bu məhsuldan imtina etdikdə, orqanizmdə ətin tərkibində olan omeqa-3 yağ turşularının çatışmazlığı müşahidə oluna bilər.
Ancaq düzgün, balanslaşdırılmış qidalanma ilə bütün bunların qarşısını almaq olar. Bir çox bitki mənşəli qidalar əti asanlıqla əvəz edə bilər. Bunu etmək üçün sağlamlığınıza məsuliyyətlə yanaşmalı və bədəninizin xüsusiyyətlərinə əsaslanaraq pəhriz qurması üçün bir mütəxəssislə əlaqə saxlamağınızı tövsiyə edirik.