Orqanizmin ən əhəmiyyətli funksiyalarından biri olan eşitməni təmin edən orqan qulaqlardır. Qulaqlarla bağlı şikayət edənlərin sayı son dövrlərdə artır. Fiziki zədə olmadan qulaqda yaranan əsas problem orada ifraz olunan selikli maye və çirklənmə ilə bağlıdır. Əcdadlarımız bu problemin təbii vasitələrlə həlli yolundan geniş istifadə edib.
Qulaqların təmizlənməsi və eşitmənin bərpası üçün ən effektiv təbii vasitə sarımsaqdır. Ondan hazırlanan məhlulun bir neçə damcısı eşitməni 60% bərpa etmək gücündədir.
Bunun üçün 4 diş sarımsaq soyularaq bir neçə yerə bölünür. Doğranmış sarımsaq balaca fincana tökülür və üstünü örtəcək qədər təbii zeytun yağı əlavə olunur. Fincan otaq temperaturunda, gün düşməyən yerdə iki gün saxlanılır.
Daha sonra məhlul süzülərək bir neçə saat sərin yerdə saxlanılır. Məhlulu hər bir qulağa 4 damcı olmaqla damcısalanla istifadə etmək lazımdır. Qulağa 4 damcı saldıqdan sonra onu pambıqla tıxmaq və uzanmaq, məhlulun qulaq divarı ilə içəri doğru tam yayılmasına şərait yaradılmalıdır.
Prosedur digər qulaqla təkrar olunur. Məhlulu hər qulağa gündə yalnız bir dəfə istifadə etmək olar.