Sən demə, psixiatr və psixoloqlar ən çox intihar etmək həddinə çatan peşə sahibləridir. Nə qədər faciəli və inanılmaz görünsə də, bu faktdır. Psixi sağlamlıq mütəxəssislərinin müalicə etdikləri və ya müalicə etməyə çalışdıqları xəstəliklərdən əziyyət çəkmə ehtimalı başqalarına nisbətən daha yüksəkdir.  Ən qorxulusu odur ki, psixiatrlar arasında intihar nisbəti orta hesabla “normal” insanlardan xeyli yüksəkdir. Daha da pisi odur ki, psixi problemlər üzrə ixtisaslaşan peşəkar həkimlər  lazımi məsləhət və ya dərman almaqda çətinlik çəkməməlidirlər, amma praktikada bu belə deyil, əksinədir.

Bəzən psixoloqlar özlərini idarə etməkdə çətinlik çəkirlər və nadir hallarda həmkarlarına müraciət edirlər.

 

Şərhlər