Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) alimləri ‘The Lancet’ elmi jurnalında koronavirusa qarşı 1-dən artıq peyvənd edilməsinə son verilməsini istədikləri açıq bir məktub dərc ediblər. Peyvəndlər vaksinasiya nisbətlərinin aşağı qaldığı ölkələrə yönəldilməlidir.

Alimlər peyvənd tədarükünün məhdud olduğunu qeyd ediblər. Onların fikrincə, artıq peyvənd edilmiş insanların toxunulmazlığının gücləndirilməsi faydalı olsa da, hələ peyvənd olunmamış şəxslərə peyvənd vurmaq daha yaxşıdır. ÜST Peyvənd İnkişaf Proqramının rəhbəri Anna-Maria Henao-Restrepo  “Bu, pandemiyanın sonunu yaxınlaşdırmağımıza kömək edəcək” deyib.

Vaksin xəstələrin 80-100% -ni şiddətli COVID-19-dan qoruyur və 65-90% hallarda infeksiyanın qarşısını alır. Peyvənd olunmamış insanlar isə infeksiyaya qarşı çox həssasdırlar.

 

 

Şərhlər