Elm adamları dəridəki ekzemanın qaçılmaz bir xəstəliyin xəbərçisi ola biləcəyi qənaətinə gəliblər.
Tədqiqatçılara görə, hər on nəfərdən biri bu dəri xəstəliyindən əziyyət çəkir. İngiltərədə təxminən 15 milyon insana ekzema diaqnozu qoyulub.
Mütəxəssislər təsdiqlənmiş diaqnozu olan 385 min xəstənin məlumatlarını 5 il ərzində təhlil ediblər. Nəticədə məlum olub ki, onların insult riski 20%, infarkt və ürək -damar xəstəliklərindən ölüm riski isə 40-50% artıb.