Amerikalı dermatoloqlar duş qəbulu üçün ən ideal vaxtı açıqlayıb.

Çoxlarımızın da bildiyi kimi, amerikalı ekspert də duş qəbulu üçün ən ideal zamanın axşam saatları, daha dəqiq yatmazdan öncə olduğunu bildirir, lakin bir neçə şərtlə…

İlk növbədə duş qəbulu yuxudan 90 dəqiqə öncə edilməlidir. Belə olduqda bədəndə təzyiq və stress tənzimlənir, qanda şəkərin miqdarı normallaşır və yuxu üçün olduqca gözəl şərait yaranır.

Bundan əlavə, axşam duşunun dəriyə də faydası olduqca yüksəkdir, Gün ərzində dəridə toplanmış çirk və artıq maddələr təmizlənir, sızanaq riski qat-qat aşağı düşür. Ölü hüceyrələr təmizlənərək daha yeniləri əmələ gəlməyə başlayır. Beləliklə siz sabah səhər daha gümrah və təravətli olacaqsınız.

Səhər duşunun faydaları isə axşam duşunun üstünlükləri ilə müqayisədə çox azdır. Əsasən mənəvi və zehni fəallığı artıran səhər duşu adətkarları üçün aktivliyi təmin edir. Lakin alimlər heç bir halda gündə həm səhər, həm də axşam duş qəbul etməyi məsləhət görmür. Bu, dəri üçün faydalı olan ifrazatların məhvinə və dərinin müdafiəsiz qalmasına səbəb olur.

 

Şərhlər