Tibb elmində ilk dəfə olaraq geni dəyişdirilmiş donuz ürəyi uğurla insana köçürülüb.
Merilend Universitetinin Tibb Fakültəsinin alimləri və həkimləri ilk dəfə geni dəyişdirilmiş donuz ürəyini terminal ürək xəstəliyi olan bir insana uğurla köçürüb. Xəstə, 57 yaşlı kişi, ağır mədəcik aritmiyasına görə xəstəxanaya müraciət edib. Əməliyyat 3 gün əvvəl aparılıb, xəstənin vəziyyəti qənaətbəxşdir.
Donuz toxuması tarixən ksenotransplantasiya üçün istifadə edilib, çünki o, insan toxumasına kifayət qədər yaxındır.
Bu əməliyyat üçün genomu dəyişdirilmiş heyvanın ürəyindən istifadə edilib. Onun genomunda 3 gen “söndürülüb”, hansılar ki, transplantasiyadan imtinaya səbəb ola bilərdi. Həmçinin, 6 insan geni genoma daxil edilib ki, bu da rədd reaksiyası ehtimalını azaldıb. Nəhayət, donuz ürək toxumasının həddindən artıq böyüməsini istisna etmək üçün başqa bir gendə söndürülüb. Transplantasiyadan sonra, standart immunosupressiv terapiya ilə yanaşı, rədd edilmənin qarşısını almaq üçün Kiniksa Pharmaceuticals tərəfindən istehsal olunan yeni eksperimental dərman istifadə olunub.
Donor orqanlarının çatışmazlığı səbəbindən hər il minlərlə insan transplantasiya üçün növbəsini gözləmədən dünyasını dəyişir. Bu eksperiment uğurlu olsa, bir çox insanın həyatını xilas etmək mümkün olacaq.