Amerika alimləri bildiriblər ki, artıq çəki ağız boşluğunda və dişlərdə xəstəliklərin yaranmasına səbəb olur. Aparılan araşdırmalar göstərib ki, normal çəkidə olan insanlara nisbətən çəkisi çox olan insanlarda diş əti xəstəlikləri 23 dəfə daha çox inkişaf edir. Alimlər qeyd ediblər ki, piylənmə ağız boşluğunda iltihablanma prosesinə təhrik edir.

Kimlərdə ki, bədənin kütlə indeksi 25 – dən yuxarıdır bu insanlarda parodontid 6 dəfə yüksəkdir.

İnsan bədəninin kütlə indeksi necə hesablanır? İnsanın çəkisi bədənin uzunluq kvadratına bölünərək  müəyyən edilir. Məsələn, 67 kiloqram çəkiyə və 1,7 metr boya sahib olan insanın indeksi 23-ə bərabərdir.

67:(1.7×1.7)=23…

25-dən yuxarı indeks o deməkdir ki, insan artıq çəkiyə sahibdir.

16 və ya daha az ► Ağır çəki çatışmazlığı;

16 – 18,5 ► Çəki azlığı (çatışmazlıq);

18,5 – 25 ► Normal;

25 – 30 ► Artıq çəki (piylənmədən əvvəlki vəziyyət);

30 – 35 ► 1-ci dərəcəli piylənmə;

35 – 40 ► 2-ci dərəcəli piylənmə;

40 və yuxarı ►  3-cü dərəcə piylənmə.

Şərhlər