Kardioloqun sözlərinə görə, qan damarlarının elastikliyinin pozulmasının xüsusi əlamətləri yoxdur – damarda “ağrı” olmur. Ancaq bəzi dolayı simptomlar damarlardakı problemdən xəbər verə bilər.

1. Anemiyanın olmadığı halda, dərinin solğun olması;

2. Havanın isti olmasına baxmayaraq, soyuq əllər və ayaqlar;

3. Barmaqların uyuşması;

4. Bədəndə, ayaqlarda, qollarda hörümçək formasında damarlarının yaranması;

5. Qəfl ayağa qalxdıqda, başqicələnmə;

6. Hərəkətlərini idarə edə bilməmək;

7. Danışıq pozğunluğu, fikrini ifadə etməkdə çətinlik;

8. Tez-tez soyuqdəyməyə meyl;

9. Bədənində göyərmələrin yaranmasi;

Bu simptomlardan ən azı birini özünüzdə görsəniz, həkimə müraciət etməyinizi məsləhət görürük.

Şərhlər