Dietoloq, Rusiya Pəhriz Mərkəzinin direktoru Anna Melexina hesab edir ki, mayonez həkimlərin danışdıqları gədər sağlamlığa zərər vurmur. O, Sputnik radiosuna müsahibəsində mifləri təkzib edib.
Dietoloqun sözlərinə görə, 100 qr mayonezdə yağ tərkibi 67 %, bitki yağında isə 99 % təşkil edir, ona görə də onun həddindən artıq yağlı olması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Bir mənalı olaraq, mayonez bədənin ehtiyac duyduğu məhsul deyil. Ancaq təbii ki, yeyə bilərsiniz. “Tərkibində yumurta, bitki yağı, xardal, sirkə, şəkər və duz, yəni kifayət qədər təhlükəsiz inqrediyentlər var”- deyə Melexina izah edib. Mütəxəssis ondan istifadə edərkən qədərini bilməyin vacib olduğunu qeyd edib və sousun kalorililiyini azaltmaq üçün tövsiyələr verib.
“Əgər sousun kalorisini azaltmaq istəyirsinizsə , onu ya 50/50 nisbətində yunan qatığı ilə, ya da az yağlı xama ilə (10-15 faiz) qarışdıra bilərsiniz”, – diyetoloq bildirib.
O, həmçinin qastrit və ya pankreatit zamanı və ya yumurta və xardala qarşı allergiyanız varsa, mayonezdən çəkinməyi tövsiyə edib.