Britaniyalı dietoloq Maykl Mosli diyet və məşq etmədən 12 həftədə 6 kq arıqlamağın yolunu açıqlayıb.
Moslinin sözlərinə görə, şam yeməyi üçün düzgün vaxt seçmək heç 1 əlavə səy göstərmədən arıqlamağa kömək edəcək. Sağlamlıq və gözəl formaya sahib olmaq üçün yatmazdan 3 saat əvvəl yemək yeməməyi və axşam qəlyanaltılarından imtina etməyi tövsiyə edib.
Həkim sözlərini təsdiqləmək üçün İranın Nottingem Universiteti və Tehran Tibb Elmləri Universitetinin apardığı araşdırmalara istinad edib.
Araşdırmada artıq çəkidən əziyyət çəkən 82 sağlam qadın iştirak edib.
İştirakçılar 2 qrupa bölünüb. 12 həftə ərzində təcrübənin qaydalarına əməl etməyi xahiş edilib: bəzi qadınlar her zamanki vaxtlarında şam yeməyi yeyiblər , bəziləri isə yatmazdan 3-4 saat əvvəl axşam yeməyi yeyiblər. Nəticədə 2-ci qrupdakı iştirakçılar orta hesabla 7 kiloqram arıqlayıblar. “Onlar yalnız artıq çəkidən azad olmayıblar, həmdə xolesterin səviyyəsinin azaldığinı müşahidə ediblər”
Dietoloq onu da qeyd edib ki, gec yemək yeyənlər gecə yatmazdan 3 saat əvvəl axşam yeməyi yeyənlərə nisbətən 10 % daha az yağ yandırırlar. Həkim əlavə edib ki, gün ərzində planlaşdırılmış axşam qəlyanaltıları yemək daha doğrudur.