Bütövlükdə “düz” bir üzün və başın displastik xüsusiyyətləri – monqoloid göz forması, balaca burun, kiçik qulaqlar, geniş gözlər, və ya çəplik (göz hərəkətlərinin tutarsız olduğu, görmə baltalarının bir cisim üzərində birləşməməsi nəticəsində gözlər fərqli istiqamətlərə baxır: biri düz, digəri isə yan tərəfdə) , kemerli damaq, diş anomaliyaları, alt çənənin inkişaf etməməsi, ağızın açıq olması, iri çıxıntılı dil, çiyinlər aşağı salınması, qısa əzalar və boyun dərisi, özünəməxsus barmaqlar, əlin bütün barmaqlarının qısalması…Bütün bunlar yeni doğulmuşlarda Daun xəstəliynin xarici əlamətləridir.
Daun sindromunun ümumi əlamətləri:
Ümumi əzələ hipotomiyası;
Ürək, mədə-bağırsaq traktı,
Döş qəfəsinin əyilməsi və ya deformasiyası,
Cinsi orqanların hipoplaziyası (inkişaf etməməsi).
Uşaqlarda Daun sindromunun bütün bu xarici əlamətləri görünməyə bilər. Diaqnozu təsdiqləmək üçün xromosom analizi aparılır. Daun sindromu və onun əlamətləri laboratoriya testləri ilə dəqiqləşdirmək lazımdır. Daun sindromlu uşaqlar psixomotor inkişafda geridə qalırlar , həmyaşıdları ilə müqayisədə daha gec oturmağa, gəzməyə, danışmağa başlayırlar.
“Ani ölüm” sindromunun inkişaf riski yüksəkdir. Daun sindromlu uşaqlar hər zaman pediatr və mütəxəssis həkimlər tərəfindən nəzarətdə saxlanılmalıdır.
Sonda tibbinfo.com olaraq bir daha vurğulamaq istəyirik ki, “daun” xəstəlik deyil, genetik fərqlilikdir. Siz də onları sevin, necə ki, onlar da sizi qarşılıqsız sevir.
Aişə Nəbiyeva