Danimarka iki həftə ərzində bütün koronavirus məhdudiyyətlərini qaldıracağını və hazırda Covid-19-u ‘cəmiyyət üçün kritik bir təhlükə’ hesab etmədiyini vurğulayıb.
Dünya təxminən 2 ildir ki, koronavirusla mübarizə aparır. 200 milyondan çox insana yoluxmuş və 4 milyondan çox insanın həyatına son qoyan virus bir çox vərdişlərimizi dəyişdirməyimizə səbəb olub.
Əslində, bir çoxumuz eyni sualı daim düşününürük: Pandemiya nə vaxt bitəcək və köhnə normalarımıza nə zaman qayıdacağıq?
Bu suala cavab olmasa da, bir ümid Danimarkadan gəldi. Danimarka bütün koronavirus məhdudiyyətlərini qaldırmaq üçün hərəkətə keçdi. Sözügedən qadağaların 2 həftə ərzində ləğv ediləcəyi açıqlandı.
Başqa sözlə, Danimarka pandemiya dövründən 2 həftə sonra qurtulmaq və ‘köhnə normasına’ qayıtmaq üçün geri sayıma başlayıb.
Bundan əlavə, Danimarka Covid-19-u ‘cəmiyyət üçün kritik bir təhlükə’ olaraq təsnif etməyi dayandıracağını açıqlayıb.. Səhiyyə naziri Magnus Heunicke “Epidemiya nəzarət altındadır” deyir.
Əhalisinin 70 %-dən çoxunu vaksinləyən Danimarka bu yeni dövrdə tezliklə koronavirusu təqib edəcək və epidemiya təhlükəsi geri dönərsə, qadağaları geri qaytaracaq.
Virusa yoluxma hallarının sayına əsasən 69-cu ölkə olan Danimarkada indiyədək 342 min 474 nəfərə Covid-19 yoluxub, 2 min 576 nəfər koronavirusdan öldüyü halda virusa tutulan 326 min 650 nəfər sağalıb.
Danimarkada aktiv koronavirus xəstələrinin sayı 13 min 248 -dir. Vəziyyəti ağır olanların sayı 21 -dir.

Şərhlər