İsveçli tədqiqatçılar, koronavirus infeksiyası olan insanlarda, piylənmənin yüksək ölüm riski və reanimasiya şöbəsində uzun müddət qalması ilə əlaqəli olduğunu göstəriblər. Alimlərin məqaləsi PLOS ONE jurnalında dərc edilib.

Göteborq, Linkoping və Erebrus Universitetlərindən olan tədqiqatçılar, İsveçdəki 1,649 reanimasiya xəstəsi haqqında məlumatları təhlil ediblər. Tədqiqat, pandemiyanın ilk dalğası zamanı – 6 Mart – 30 Avqust 2020 tarixlərində aparılıb. Bu xəstələrin çoxunda yüksək BMI var idi – 78,3 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkib. BMİ -si 35 və yuxarı olan insanların ölmə ehtimalı iki dəfə çox olub.

Elm adamlarına görə, piylənmə, reanimasiyada COVID-19 xəstələrində ağır nəticələr üçün risk faktorudur. “COVİD-19 ilə xəstəxanaya yerləşdirilən, köklük problemi olan xəstələrin vəziyyəti daha yaxından izlənilməlidir” – deyə  məqalədə deyilir.

Şərhlər