Cinsi həyatında aktivliyin azalmasından narahat olan cütlüklər bir çox hallarda kimyəvi dərmanalara üz tutur. Lakin tibb alimlərinin məsləhət gördüyü bəzi təbii qida məhsulları təsir gücünə görə nəinki həblərdən geri qalmır, üstəlik  təbii olduqları üçün sağlamlığa mənfi təsir göstərmir və orqanizimi gücləndirir.

Tibb ekspertlərinin cinsi zəiflik zamanı məsləhət gördükləri əsas təbii qida məhsullarından bəzilərini təqdim edirik:

Avakado hələ qədimdən cinsi gücləndirmənin əsas vasitələrindən sayılır, ürək-damar sistemini gücləndirir, qan dövranının yaxşılaşdırmaqla insanın aktivliyini təmin edir.

Badam isə bu problemin əsas həll yolu olan ulduz bir vasitə sayılır. Tərkibindəki vitmain və minerallar bilavasitə cinsi istəyi artırmaq və cinsi gücü yüksəltmək xüsusiyyətinə malikdir.

Çiyələk də seksual məqsədlər üçün ən çox istifadə edilən meyvələrdəndir. Tərkibindəki turşular və vitmain B cinsi həvəsin artmasına xidmət edir. Şokoladla birləşdikdə isə effekti daha güclü olur.

Dəniz məhsulları da ürəyə və qan dövranına müsbət təsiri səbəbilə effektiv vasitə sayılır.

Əncir tərkibindəki dəmir və vitamin C ilə bu sahədə təsirli bir meyvə hesab edilir. Həmçinin ürəyə də xeyirli qida məhsulu kimi təsdiqlənib.

Sitrus meyvələrinin bütün növləri antioksidantlar, faydalı turşular  və vitamin C ilə bol olmaqla kişi reproduktivliyinə əvəzsiz təsir edir.

Şərhlər