18-ci əsrin sonunda Avropalı həkimlər hər il bir milyondan çox insanın həyatına son qoyan, inək çiçəyindən daha qorxunc olan yeni növ su çiçəyi ilə üz-üzə idilər.

 

Xəstələrə vaksin vurmağın su çiçəyi xəstəliyinə qarşı yeganə çıxış yolu olduğuna qərar verdilər. Tezliklə peyvəndi Yeni Dünyaya göndərmək istədilər, ancaq o zamanlar qoruyucu  soyuducular olmadığı üçün bu, mümkün deyildi.

1803 -cü ildə ispan həkimi Francisco Javier de Balmisin rəhbərliyi altında bir heyət yaradıldı. O, 8-10 yaş arası 22 yetim oğlanı “canlı zəncir” kimi istifadə etdi: təxminən hər on gündə əllərində yetişmiş baloncuklardan limfa alır və sonrakı oğlanlara peyvənd  vururdu.

Beləliklə, vaksin Meksikaya, Mərkəzi və Cənubi Amerikaya, daha sonra isə yeni bir ‘oğlan zənciri’nin köməyi ilə Filippin və Çinə çatdırıldı.

 

 

 

Aişə Nəbiyeva

Şərhlər