Ürək və qan damarlarını sağlam saxlamaq üçün düzgün – müxtəlif, balanslı yemək kifayətdir. Əgər bu qaydaya əməl etsəniz, o zaman sizə nə qədər fəal reklam etsələr də,  vitamin və əlavələr qəbul etməyə ehtiyac yoxdur.

Enerjinizi və vaxtınızı qida əlavələrinə sərf etməyin. Enerji fiziki fəaliyyətə, qidalanmanın korreksiyasına, inkişafa və gündəlik rejimə sərf edilməlidir. Sağlamlıq müayinələrindən keçin

Qidalanmaya gəldikdə, sağlamlıq səbəbi ilə heç bir əks göstərişi olmayan bir şəxs üçün məhsullarda praktiki olaraq heç bir məhdudiyyət yoxdur. Ancaq bəzi, kəskin şəkildə azaldılması tövsiyə olunan bir qida kateqoriyası var ki, hansılarını ki yalnız  “bayramdan bayrama” yeyə bilərsiniz.

Xüsusilə bu kateqoriyaya , qızardılmış kartof və əzməsi, həmçinin ağ düyü və tez hazırlanan sıyıqlar daxildir.

Bundan əlavə, “bayram” məhsulları siyahısına kolbasa, paştet, düşbərə, ketçup, mayonez, soya sousu, şirniyyatlar (bal və mürəbbə daxil olmaqla), kürü və ə’la növ undan hazırlanmış çörək (lavaş daxil olmaqla) daxildir.

Şərhlər