Əlamətlərin arasında xəstələrin ciddi qəbul etmədiyi təngnəfəslik var. Hətta xəstələrdən nəfəs darlığı barədə şikayətləri eşidən həkimlər də hər şeyin normal olduğuna inandırırlar, ancaq “boğulma heç də normal bir hiss deyil”

Erkən mərhələlərdə nəfəs darlığı orta fiziki fəaliyyətlə, məsələn, dördüncü mərtəbəyə qalxarkən baş verir. Xəstəliyin inkişafı zamanı nəfəs darlığı hətta istirahət zamanı da baş verə bilər.

Sürətli çəki artımı və tez yorulma da bu təhlükəli xəstəliyin əlamətlərindən sayılır.

Əgər siz birdən-birə ən kiçik hərəkətdən yorğunluq hiss etməyə başlayırsınızsa, artıq həkimə müraciət etmək vaxtıdır.

Ürəyin inkişaf edən nasazlığı böyrəkləri lazımi miqdarda qandan məhrum edir. Buna görə də böyrəklər su və duzu yenidən absorbsiya etməklə qanı kompensasiya etməyə başlayırlar. Nəticədə xəstələr topuq və ayaqlarda şişkinlik hiss edirlər.

Şərhlər