Qaraciyər nəfəs aldığımız və ya yediyimiz bütün ”kirləri” qəbul etdiyi üçün bədənin əsas filtridir.  Bu funksiya olmasaydı, bir insan iki -üç saatda ölərdi.
Bir dəqiqədə qaraciyərdən təxminən 1 litr yarım qan axır, yəni gündə təxminən iki min litr qan dövr edir.
Qaraciyər həm də vitamin anbarıdır. Bir insan xəstələnirsə, qaraciyər köməyə gəlir. Bədənin sağalması üçün çox ehtiyac duyduğu vitaminləri də bu orqan təmin edir. Bunlar A, B12, D kimi vitaminlərdir.
Qaraciyər insan bədənindəki ən isti orqandır.
Qaraciyərin iş gücü üç yüz illik ömür üçün kifayət edərdi. Yalnız  bu orqan özünü bərpa qabiliyyətinə malikdir.
Vücudda qan itkisi baş verərsə, yığılmış ehtiyatları bədənlə bölüşərək qaynaqlarını oraya yönəldir.
Qaraciyər parçalansa da, heç vaxt ağrımır. Qaraciyərdə heç bir ağrı reseptorunun olmaması bunun səbəbidir. Buna görə də, xüsusi müayinədən keçmədən qaraciyər xəstəliyini təyin etmək çətindir.
Qaraciyər hormonların və aktiv maddələrin mövcudluğunu tənzimləyir, balans yaradır.
Qaraciyər özlüyündə insan bədənindəki heç bir zəhərə tab gətirə bilməz. O, toksinləri biokimyəvi üsullarla neytrallaşdırır, sonra ifrazatla xaric edir.
Qaraciyər olduqca ağır bir orqandır. Yetkin insanlarda çəkisi bir kiloqramdan, daha doğrusu qadınlarda 1 kq. 200 qr. kişilərdə isə 1 kq 500 qrama qədərdir. Beləliklə, insan bədənindəki ən ağır orqandır.
Müəllif: Aişa Nəbiyeva

Şərhlər