Bədəni toksik maddələrdən ən sürətli və effektiv təmizləyən qidaların adları bəlli olub.

Soğan – Bədəndə qida maddələrinin həll olması və həzm prosesini sürətləndirmə xüsusiyyətinə malikdir. Gündəlik rasiona daxil edilərsə, bədəndə zərərli maddələrin toplanmasına ümumiyyətlə imkan verməz

Çuğundur – Qara ciyərdən toksinləri təmizləyərək bədəni sağlam saxlayır. Həmçinin insan orqanizmini ən gənc saxlayan təbii vasitələrdən biridir. Həftədə 4 dəfə çuğundur şirəsi içmək insanın yaşlanmasını xeyli ləngidə bilir.

Zeytun yağı – Orqanzimi E vitamini və faydalı yağ turşuları ilə təmin edərək zərərli xolesterolları təmizləyir. Həmçinin bəzi meyvə şirələri ilə qarışdırıldıqda öd kisəsini də güclü təmizləmə gücünə malikdir.

Kələm – Ağ kələm gündəlik salata daxil edilərək sağlam şəkildə yeyilərsə, güclü toksin təmizləmə və piylənmənin qarşısının alınmasında effektiv ola bilər

Alma – unikal tərkibi ilə bütün bədəndə təmizləmə işi aparır. Təkcə toksinləri təmizləməklə kifayətlənməyərək, metabolik prosesi tənzimləyir, bədəni zərərli metal birləşmələri və qida qalıqlarından azad edir.

Yuxarıda sadalananları tam şəkildə rasionunzuza daxil edərək bir həftə ərzində müsbət dəyişikliklərin şahidi ola bilərsiniz.

Şərhlər