Baş ağrılarının hansı xəstəliklər və problemlərlə əlaqəsinin olmasıl hər zaman mübahisəli elmi müzakirələrdən biri olub. Amerika və Danimarka alimlərinin təxminən 20 illik birgə tədqiqatı bu məsələyə aydınlıq gətirməyə imkan verir.

Alimlər hesab edir ki, davamlı baş ağrıları ilə ürək-damar xəstəlikləri arasında bir əlaqə vardır. Araşdırmada da miqrenli pasiyentlərdə digərləri ilə müqayisədə ürəktutmalara daha çox rast gəlindiyi təsiqlənib.

Məlum olub ki, miqrendən şikayətlərin ən çox edilidiyi yaş 35-dən başlayır. Bunun da 70%-dən çoxu qadınlardır.

Tibb alimləri bu qənaətə gəlib ki, miqrenlər ürək-damar sistemində ciddi problemlər üçün əsas risk faktoru kimi təsbit edilə bilər.

Şərhlər