C vitamininin yeganə funksiyası immuniteti gücləndirmək deyil. Əslində bu vitamin bir sıra ciddi xəstəliklərin ehtimalını azaltmağa  kömək edir. Bir çox araşdırmalar C vitamininin bağırsaq sağlamlığı üçün vacib olduğunu göstərmişdir.

Əsas təsirlərindən biri bağırsaq mikrobiomundakı yaxşı və pis bakteriyalar arasında tarazlığı qorumaqdır. C vitamininin mikrobiota müxtəlifliyini artırdığı , B və D vitaminlərinə nisbətən bağırsaq sağlamlığında daha böyük rol oynadığı təsdiq edilib.

2019 -cu ildə edilən bir araşdırma, C vitamininin bağırsaq xəstəliklərində faydalı olduğunu göstərib. Redox Biology -də nəşr olunan bir məqalə, bu vitaminin bədənin qida maddələrini mənimsəməsinə və müəyyən toksinlərə qarşı özünü müdafiə etməsinə köməkçi olduğunu göstərib.

Şərhlər